AZ

Sabah akademiyasının Qusar seçmələri başa çatdı

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir.

Sportal.az xəbər verir ki, “Azərlotereya”nın dəstəyi ilə keçirilən növbəti seçmələr Qusar rayonundakı “Metak Arena”da, 2011–2015-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunub.

30-31 may tarixlərində baş tutan seleksiya məşqlərində 700-ə yaxın uşaq iştirak edib. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən seçmələrin nəticələrinə əsasən, 35 uşaq Bakıda təşkil olunacaq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, akademiya bundan əvvəl Zaqatala rayonunda da seçmələr həyata keçirib.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
7
sportal.az

8Mənbələr