AZ

Robotlar podiuma da çıxdı Fotolar

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyanın paytaxtı Seul şəhərində humanoid robotların insanlarla yanaşı poiduma çıxdığı moda nümayişi keçirilib.

Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Mach33: Physical AI Fashion Show” adlı tədbir Cənubi Koreyanın “Galaxy Corporation” şirkəti tərəfindən təşkil edilib.

Agentliyin məlumatına görə, moda nümayişinin konsepsiyası gündəlik həyatda insanlarla robotların birgə mövcudluğunu əhatə edib.

Robotlar və modellər podiumda sinxron hərəkətlər nümayiş etdirib və birlikdə pozalar veriblər.

Tədbir Seuldakı “Galaxy Robot Park”da baş tutub. Təşkilatçılar layihəni robotların təkcə bir vasitə kimi deyil, həm də mədəni mühitin iştirakçısı kimi qəbul edildiyi "fiziki süni intellekt"in nümayişi kimi təqdim ediblər.

“Galaxy Corporation”ın moda nümayişləri ilə yanaşı, robot konsertləri və interaktiv şoular da planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Cənubi Koreya dünyada sənaye robotlarının ən yüksək sıxlığına malik ölkələrdən biridir və humanoid robot texnikasının inkişafına fəal şəkildə investisiya qoyur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr