AZ

Qalibaf: ABŞ ın addımları atəşkəsin pozulduğunu göstərir

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Parlamentinin sədri və danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasını kəskin tənqid edib.

Turkustan.az xəbər verir ki, Qalibaf X sosial şəbəkəsində paylaşdığı açıqlamada İsrailin Livana hücumları və ABŞ-ın bölgədəki fəaliyyəti ilə bağlı mövqeyini açıqlayıb.

O bildirib ki, “Hörmüz boğazında dəniz blokadasının tətbiqi və Livanda sionist rejimin müharibə cinayətlərini davam etdirməsi ABŞ-ın atəşkəsə əməl etmədiyinin açıq göstəricisidir”.

İran rəsmisi qeyd edib ki, hər bir qərarın və seçimin öz bədəli var və nəticədə hər kəs öz əməllərinə görə cavab verməli olacaq.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
icma.az

2Mənbələr