AZ

Sumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 iyun, AZƏRTAC

Metan qazı iqlimə karbondan daha çox zərər vurur və bu emissiyanın azaldılması qarşıda duran ən vacib məsələlərdən biridir. İqlimə mənfi təsir göstərən qazların tullantısının azaldılması üçün texnologiya şirkətlərinə sərmayə yatırılması lazımdır. Bu gün texnoloji araşdırmala sərmayə yatırılır. Lakin bu sərmayə çox azdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mühəndislik və Texnologiya İnstitutunun (Institution of Engineering and Technology - IET) emissiyaların azaldılması üzrə strateji təşəbbüslərinin rəhbəri Soumaya Tebbi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusundakı panel müzakirəsində çıxışı zamanı bildirib.

O nəzərə çatdırıb ki, texnologiyaların inkişafı və metan emissiyasının azaldılması istiqamətində tədqiqatları davam etdirmək üçün sərməyə yatırımı ilə yanaşı əməkdaşlıq da vacibdir.

“Misal üçün qazın tərkibinin öyrənilməsi və oradakı zərərli maddələri müəyyən etmək əməkdaşlıq tələb edir və biz buna nail olmalıyıq. Bizim SOCAR ilə bu istoqamətdə əməkdaşlıq əlaqələrimiz var və birgə layihənin həyata keçirilməsinə çalışırıq. Emissiyaların azaldılması texnoloji inkişafdan daha çox asılıdır və buna görə də onların inkişafına stimul vermək, yeni texnologiyaları tətbiq etmək zəruridir”, - deyə S.Tebbi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
azertag.az

4Mənbələr