Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Taleh Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./ Qafqazinfo