Bu barədə Ajans.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, çətin həyat şəraiti ilə qarşılaşan hər bir vətəndaş müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilər: "Hazırda isə müəssisənin müxtəlif şöbələrində ümumilikdə 58 nəfərə xidmət göstərilir. İlkin olaraq müəssisəyə qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır. Sakinlər 6 ay (180 gün) ərzində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-iqtisadi xidmətlərə cəlb olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Burada sakinlərin məşğulluqlarının təminatı istiqamətində işlər görülür və cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir", - məlumatda bildirilib. Qeyd edək ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır.