Bakının Binəqədi rayonunda qətl hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə mayın 31-də 28 May qəsəbəsində baş verib.
1996-cı il təvəllüdlü Taleh Qurbanov qəsəbədə yerləşən evdə bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib.
Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta