AZ

Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir

Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir.

“İki sahil” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Filip Mşelbila Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"Azərbaycan "ağıllı" strategiyanın praktik nümunəsini təqdim edir",

- o bildirib və əlavə edib ki, bərpaolunan enerji potensialının genişləndirilməsi daxili qaz yanmasının istifadəsini azalda, iqtisadi artımı dəstəkləyə və təbii qazın regional, beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməsi üçün əlavə imkanlar yarada bilər.

Mşelbilanın sözlərinə görə, enerjinin resurslardan bazarlara səmərəli şəkildə ötürülməsini təmin etmək üçün qaz infrastrukturu, qarşılıqlı əlaqələr və uzunmüddətli əməkdaşlıq vacib amil olaraq qalır:

"Bu ruhu nəzərə alaraq, "Bakı Enerji Həftəsi" dünyanın hər tərəfi və beynəlxalq dialoq, beynəlxalq əməkdaşlıq, digər həllərin əldə olunması üçün mühüm bir platformadır. Bu mühüm toplantının keçirilməsinə görə Azərbaycan hökumətinə və təşkilatçılara təşəkkür edir, "Bakı Enerji Həftəsi"nə uğurlar arzulayıram".

Seçilən
10
2
ikisahil.az

3Mənbələr