ain.az, Turkstan.az portalına istinadən məlumat verir.
“Rusiya tankerinin tutulması bir epizoddur. Rusiyanın hələlik onlarla gəlir mənbəyi var və onlardan istifadə etməklə müharibəni davam etdirir, amma müharibə demək olar ki, finişə çatıb. Krımda, Rusiyanın əksər şəhərlərində yaşananlar boşuna deyil, bu artıq bir həyəcan siqnalıdır. İyun-iyul aylarında Rusiyanın qara günləri daha da artacaq, çünki dronların sayı çoxalır, Ukraynaya qadağalar götürülüb, pullar verilir və Avropa dövlətləri Ukrayna ilə əl-ələ verib müəyyən məsələləri həll edirlər.”
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, cəbhədəki real vəziyyətlə bağlı hesabatlar yuxarı rəhbərliyə təhrif olunmuş formada çatdırılır: "Rusiyada rus generalları öz Putininə məruzə edirlər ki, hər şey uğurla gedir. Gündə bir kənd, bir təpəcik, bir qəsəbə götürürük deyirlər. Bu mənə Qarabağ müharibəsini xatırladır. Döyüşlərin qızğın vaxtında briqada komandirimiz Ramadanov bizi taborlara təhkim etmişdi. Çox məşhur bir taborun komandiri rabitədə 'irəliləyirik' deyə məruzə edirdi, amma bir saat keçirdi, vəziyyətin yaxşı olmadığı məlum olurdu. Axırı gedib yerində araşdırdıq, gördük ki, səngərin içində oturub 'irəliləyirlər'. Bu gün rus ordusunun vəziyyəti də məhz buna bənzəyir".
O, qeyd edib ki, ABŞ-ın yürütdüyü siyasət və Ukraynaya yanaşması müharibənin uzanmasında mühüm rol oynayır: "Son vaxtlar ümumiyyətlə Zelenski ilə Tramp arasında hər hansı bir telefon danışığı yoxdur. Zatən artıq Ukraynada Trampın kim olduğunu başa düşdülər. ABŞ prezidenti gecə-gündüz yatıb yuxusunda Rusiyadakı sevimli qardaşını görür, onsuz nəfəs almır desək doğru olar. Çünki müharibəni dayandırmaq istəsəydilər, bunu çoxdan edərdilər. Amma bu müharibə hər iki tərəfə — həm şəxsi, həm dövləti maraqlar baxımından böyük dividendlər və gəlirlər əldə etməyə imkan yaradıb".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.