AZ

6,2 milyon dollarlıq banan oğurlandı

Fransada 6,2 milyon dollar dəyərində olan "Divara yapışdırılmış banan" adlı sənət əsəri muzeydən oğurlanıb.Metbuat.az xəbər verir ki, oğurluq Fransanın Metz şəhərindəki “Pompidou Mərkəzi” muzeyində baş verib. Muzeydə müasir incəsənətin məşhur nümunələrindən biri olan əsər nümayiş etdirilib. Mühafizəçi bananın itdiyini görərək polisə məlumat verib. Muzey rəhbərliyi naməlum şəxslərə qarşı oğurluq ittihamı ilə şikayət ərizəsi qaldırdıqlarını bildirib. Həmçinin, muzey əsəri bərpa etmək üçün bananın yenisi ilə əvəz olunduğunu açıqlayıb.Qeyd edək ki, italyan heykəltəraş Maurizio Cattelan tərəfindən yaradılmış "Komediya" adlı sənət əsəri Mayamidəki “Art Basel” sərgisində satışa çıxarılıb. Əsərin üç nüsxəsindən ikisi hər biri 120 min dollara satılıb, üçüncü nüsxə üçün isə 150 min dollar qiymət müəyyən edilib.

Maurizio Cattelan satirik heykəlləri və instalyasiyaları ilə tanınır.

Seçilən
30
metbuat.az

1Mənbələr