AZ

“Hyundai” sürücüsü qayda pozub qaçdı; yol polisini maşınla sürüdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qayda pozub yol polisi əməkdaşına müqavimət göstərən sürücüyə cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində əks zolağa çıxan “Hyundai” markalı yük maşınının sürücüsü ərazidə xidmət aparan polis əməkdaşının “saxla” əmrinə tabe olmayaraq hərəkətinə davam edib. İşıqforda polis əməkdaşı yük maşınına tərəf qaçaraq nəqliyyat vasitəsinin açarını çıxarmağa çalışıb. Lakin 21 yaşlı sürücü hərəkətə davam edərək inspektoru qolundan tutulmuş vəziyyətdə yolda sürükləyib. Nəticədə “Hyundai”ın sürücüsü saxlanılıb. Hazırda faktla bağlı xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.

Xəsarətlər alan yol polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr