AZ

Balakəndə yaşayış evi yandı VİDEO

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.Lent.az xəbər verir ki, bu barədə FHN məllumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
5
lent.az

6Mənbələr