AZ

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda növbəti matçını keçirib - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

"Far.Az"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunda Niderlandla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13.

Qeyd edək ki, yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.

Bu barədə "Far.Az"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.

Azərbaycan millisi qrupda növbəti görüşünü bu gün, Bakı vaxtı ilə saat 22:20-də Niderlanda qarşı keçirəcək.

Seçilən
27
far.az

1Mənbələr