AZ

Boğulan 5 yaşlı uşaqla bağlı bəzi TƏFƏRRÜATLAR

Cəlilabadda 5 yaşlı azyaşlının boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda faciə: 5 yaşlı uşaq su anbarında boğuldu


Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu gün 5 yaşlı Onar Zamanovun itkin düşməsi barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Daha sonra aparılan axtarış tədbirləri nəticəsində azyaşlının yaşadığı evin qarşı tərəfində yerləşən Uzuntəpə su anbarında boğulduğu müəyyən edilib.

Hadisə yerinə cəlb olunan aidiyyəti qurumların əməkdaşları tərəfindən uşağın meyiti sudan çıxarılıb.

Daha sonra polisə məlumat verilib və meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
33
27
bizim.media

10Mənbələr