AZ

“Oyunu dəyişməyi bacardıq” Elşad Quliyev

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Oyunu dəyişməyi bacardıq” - Elşad Quliyev

“Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-off görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik”.

QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra deyib. 

Mütəxəssis rəqibin kobud oynadığını bildirib: 

“İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq. Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik".

E.Quliyev 1/4 finalda Çexiyaya qarşı keçiriləcək matçın çox çətin olacağını vurğulayıb:

“Erkən final olacaq. Rəqib yaxşı və hazırlıqlı komandadır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
qol.az

9Mənbələr