AZ

Rusiyada müsəlmanların sayı artır, alkoqol istehlakı sürətlə azalır

Dünyada alkoqol istehlakı üzrə reytinqdə Rusiyanın mövqeyi nəzərəçarpacaq dərəcədə geriləyib.

Musavat.com xəbər verir ki, ekspertlərin məlumatına görə, Rusiya dünyada alkoqol istehlakına görə lider mövqelərini itirib. Ölkə əvvəllər bu göstərici üzrə 5-ci yerdə olduğu halda, hazırda 29-cu yerə geriləyib.

Mütəxəssislərin sözlərinə görə, alkoqollu içkilər bazarı artıq artım göstərən kateqoriya hesab olunmur. Bu tendensiya xüsusilə yüksək dərəcəli spirtli içkilərdə daha qabarıq müşahidə edilir.

Ekspertlər bunun səbəbləri kimi nəsillər arasındakı fərqləri, əhalinin sayının azalmasını və ölkədə müsəlman əhalinin payının artmasını göstərirlər.

Qlobal statistikalara görə, hazırda adambaşına illik təmiz alkoqol istehlakı üzrə ilk sıralarda Rumıniya (17 litr), Gürcüstan (14,3 litr), Çexiya (13,3 litr), Latviya (13,1 litr) və Uqanda (12,2 litr) qərarlaşıb. Rusiya isə adambaşına 10,4 litr göstərici ilə 29-cu yerdədir.

Müqayisə üçün qeyd olunur ki, ABŞ-da bu göstərici 9,6 litr, Ukraynada 8,7 litr, İtaliyada isə 8 litr səviyyəsindədir.

Musavat.com

Seçilən
16
22
musavat.com

10Mənbələr