AZ

Simiç daha 2 il "Sabah"da - Rəsmi

“Sabah” futbol klubu Velko Simiçlə yeni müqavilə bağlayıb.

Klubdan "apasport"a verilən məlumata görə, serbiyalı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir.

Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulub.

O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

“Qəbələ”də 3 ayrılıq

“Araz-Naxçıvan”da iki yeni müqavilə

"Zirə"nin futbolçusu əməliyyat olundu

Zamiq Əliyevin komandası çempion oldu

“Şamaxı”da növbəti ayrılıq

Seçilən
12
1
apasport.az

10Mənbələr