Süni intellektin iş dünyasındakı rolu getdikcə daha çox müzakirə olunduğu bir vaxtda, ChatGPT-yə "özünü hansı peşəyə daha yaxın hiss edirsən?" sualı ünvanlanıb. Onun verdiyi cavab güclü tərəflərini və iş prinsipini ortaya qoyan diqqətçəkən bir siyahıya çevrilib...
Süni intellektin işçi qüvvəsini necə dəyişdirəcəyinə dair müzakirələr fonunda verilən "Bir insan peşəsi seçmək məcburiyyətində olsaydın, hansını seçərdin?" sualına süni intellektin cavabı sanki bir CV analizi kimi olub.
ChatGPT ilk olaraq öz güclü tərəflərini sıralayıb: böyük məlumat bazalarında qanunauyğunluqları (naxışları) təyin etmək, mürəkkəb mövzuları anlaşılan şəkildə izah etmək, fərqli istifadəçi səviyyələrinə uyğunlaşmaq və uzun sual-cavab proseslərində səbirli qalmaq.
ChatGPT-nin özünə uyğun gördüyü 3 peşə:
Araşdırma kitabxanaçısı: Süni intellekt xüsusilə bu sahəni özünə ən uyğun istiqamət kimi göstərib; məlumata çıxış təmin etmək, mənbələri doğrulamaq və ideyalar arasında əlaqə qurmaq baxımından bu peşənin onun iş fəaliyyəti ilə böyük bənzərlik təşkil etdiyini bildirib.
Təhqiqat analitiki
Müəllimlik
Digər tərəfdən ChatGPT bu peşələrdəki insan faktorunun tamamilə sıradan çıxarıla bilməyəcəyini də vurğulayıb. Xüsusilə emosional ünsiyyət, həyat təcrübəsi və fiziki bacarıq tələb edən sahələrdə süni intellektin məhdudiyyətlərinin olduğunu qeyd edib.
Ekspertlərin fikrincə, bu növ qiymətləndirmələr süni intellektin sadəcə insanı "əvəz edən" deyil, düzgün istifadə olunduqda effektiv bir "dəstəkləyici alət" ola biləcəyini göstərir. (Milli.Az)
Poliqon.info