AZ

Kiyevə hava zərbələri zamanı yaşayış binaları dağılıb AZƏRTAC ın hadisə yerindən FOTOREPORTAJI

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Kiyev, 2 iyun, AZƏRTAC

İyunun 2-nə keçən gecədən başlayaraq Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində şəhərin bir sıra yaşayış binaları dağılıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevin Podol, Şevçenko, Obolon və Darnitsa rayonlarında mülki infrastrukturlara ciddi ziyan dəyib. Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasında görə, hava zərbələri nəticəsində azı 4 mülki şəxs həlak olub, 60-a yaxın şəxs xəsarət alıb. Xəsarət alanların 40-ı xəstəxanaya yerləşdirilib, onlardan 2-si uşaqdır.

AZƏRTAC hava zərbəsi nəticəsində Podol rayonu ərazisində dağılan yaşayış binası ərazisindən video və fotoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azertag.az

1Mənbələr