AZ

Konqoda Ebola virusuna yoluxanların sayı artır

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı artaraq 321-ə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, KDR-də 906 ehtimal olunan Ebola hadisəsi qeydə alınıb. Bazar günü axşam isə ölkə hökuməti təsdiqlənmiş yoluxma sayının 282-yə yüksəldiyini bəyan edib.
 
Bildirilib ki, qlobal səhiyyə təşkilatı olan CEPI KDR-in şərq hissəsində yayılan Ebola-Bundibuqyo virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək məqsədilə "Moderna" şirkətinə və daha iki qrupa təxminən 60 milyon dollar vəsait ayıracaq. Qeyd olunur ki, Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) COVID-19 pandemiyasının ən qızğın çağında peyvəndin yaradılmasına kömək edən ilk investorlardan biri olub.
 
Seçilən
42
4
moderator.az

7Mənbələr