AZ

Aeroport şosesində qaydaların pozulması qəza ilə nəticələndi - NİİM-dən XƏBƏRDARLIQ

Aeroport
Sabunçu rayonunda, Aeroport şosesində hərəkətin intensiv olduğu saatlarda təhlükəli manevr və düzgün ara məsafəsinin saxlanılmaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib. 1news.az xəbər verir ki, məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, hadisəyə baxan hər bir sürücü üçün əsas mesaj ondan ibarətdir ki, dönmə işığının (siqnalın) yandırılması yalnız xəbərdarlıq xarakteri daşıyır və yolda üstünlük hüququ vermir. Qeyd olunub ki, bu cür yanlış yanaşma hərəkət zamanı qəza şəraiti yaradır. Sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə riayət etmələri tövsiyə edilir. Qanuna əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan əvvəl müvafiq siqnalları verməli, manevr isə yalnız təhlükəsiz şəkildə və digər hərəkət iştirakçılarına maneə yaratmadan həyata keçirilməlidir. Siqnal manevrdən əvvəl verilir və manevr bitdikdən dərhal sonra dayandırılır.

Seçilən
18
1news.az

1Mənbələr