AZ

Koroğluda sərnişinlərin hərəkəti niyə çətinləşir? Ekspert səbəbləri AÇIQLADI FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və ətraf ərazilərdə piyada infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 5 saylı ASAN xidmət mərkəzindən Koroğlu metro stansiyası istiqamətində intensiv piyada axını müşahidə olunur. Lakin mövcud səkilər bu hərəkətlilik üçün kifayət qədər geniş deyil.

Ekspertin sözlərinə görə, Atletlər Kəndinin hasarının götürülməsi nəzərə alınaraq həmin ərazidə səkilərin genişləndirilməsi məqsədəuyğun olardı. Bu addım piyadaların daha rahat və təhlükəsiz hərəkətinə şərait yarada bilər.

həmçinin qeyd edib ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Atletlər Kəndi və Piramida istiqamətlərindən hərəkət edən avtobus marşrutları üçün metro çıxışlarının yaxınlığında yerüstü istiqamətləndirici nişanların quraşdırılmasına ehtiyac var. Belə nişanlar sərnişinlərin marşrutları daha rahat tapmasına və nəqliyyat növləri arasında keçid prosesinin sürətlənməsinə kömək edər.

Koroğlu NMM-də perronlar arasında piyada hərəkəti ilə bağlı da müəyyən problemlər mövcuddur. Hazırda ərazidə yalnız şərq tərəfdə piyada keçidi fəaliyyət göstərir. Bu səbəbdən bir çox sərnişin əlavə məsafə qət etməmək üçün qeyri-rəsmi və təhlükəli keçidlərdən istifadə edir.

Rauf Ağamirzəyev hesab edir ki, mərkəzin orta və qərb hissələrində əlavə zebralı piyada keçidlərinin təşkili piyadaların hərəkətini daha rahat, təhlükəsiz və səmərəli edə bilər.

Onun sözlərinə görə, bu cür həllər həm sərnişin rahatlığını artıracaq, həm də nəqliyyat mübadilə mərkəzinin ümumi fəaliyyətinin daha effektiv təşkilinə imkan verəcək.

Eltac Züflüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr