AZ

“İranlılar kefsiz idilər, ona görə də mən…” – Trampdan ŞOK ETİRAF

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşmasının hərbi qələbədən daha üstün nəticələr verə biləcəyini deyib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp ABC telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, son günlərdə İsrailin Livandakı zərbələri fonunda müəyyən gərginlik yaranıb və İran tərəfi bundan narazı qalıb.

“Bu gün kiçik bir problem yarandı. İranlılar İsrailin Livana endirdiyi zərbələrə görə narahat idilər. Buna görə də mən “Hizbullah”la danışdım. Onlara dedim ki, atəş açmayın. Nəticədə onlar bir-birinə atəş açmağı dayandırdılar”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti bölgədə gərginliyin azaldılması və diplomatik həll yollarının tapılmasının vacibliyini də vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
13
1
konkret.az

2Mənbələr