AZ

Qlobal enerji mənzərəsi yenidən formalaşır

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün tək bir mənbəyə, marşruta və ya bazara güvənmək artıq dayanıqlı bir strategiya deyil. Artan geosiyasi gərginliklər, enerji bazarlarındakı dəyişkənlik, təchizat zəncirindəki fasilələr, elektrikləşmənin sürətlənməsi və yaşıl keçid qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırır.

Bu sözləri energetika naziri Pərviz Şahbazov D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin I görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yeni geosiyasi kontekstdə enerji siyasətlərinin şaxələndirilməsi, yeni bazarlara genişlənmə və yeni tərəfdaşlıqların formalaşdırılması dövlətlərin strateji dayanıqlılığını gücləndirmək üçün vacibdir.

“Azərbaycan neft-qazdan tutmuş, elektrik və yaşıl enerjiyə qədər regional enerji dəhlizlərini inkişaf etdirərkən enerji təhlükəsizliyi ilə enerji keçidi arasında tarazlı yanaşmanı ardıcıl olaraq həyata keçirir. Eyni zamanda, ölkə strateji qitələr-

arası enerji və tranzit qovşağına çevrilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP kimi strateji qaz dəhlizləri vasitəsilə Azərbaycan uzun müddətdir ki, regional və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və indi bu rolu Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişləndirir”, – deyə o nəzərə çatdırıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
4
xalqqazeti.az

5Mənbələr