AZ

Vadim Badexa: Tu-214 təyyarələrinin tədarükü artıq başlayıb

Birləşmiş Aviasiya Korporasiyası (BAK) Tu-214 təyyarələrinin tədarükünə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə BAK-ın rəhbəri Vadim Badexa TASS-a verdiyi müsahibədə açıqlayıb.

V.Badexa deyib ki, Tu-214 təyyarələrinin tədarükü artıq başlayıb.

Qeyd edək ki, Tu-214 orta mənzilli sərnişin təyyarəsidir. 210 sərnişin tutur və maksimum 4500 km məsafə qət edə bilir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Boeing və Airbus təyyarələrinin tədarükü məhdudlaşdıqdan sonra Rusiya hakimiyyəti idxalı əvəz edən Tu-214 təyyarəsinin seriyalı istehsalına başlamaq qərarına gəlib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr