Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 202 min 754 manat xalis mənfəətlə başa vurub.
Banco.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,9 dəfə azdır.
Bu il yanvarın 1-nə "Azərbaycan Mikro-Kredit"in aktivləri 7 milyon 699 min manat olub ki, bu da illik müqayisədə 16,2% azdır. BOKT-un kredit portfeli ötən il 18,4% azalaraq 6,7 milyon manata enib.
Hesabat dövründə "Azərbaycan Mikro-Kredit"in öhdəlikləri 21,6% azalaraq 6,2 milyon manata enib.
Eyni dövrdə BOKT-un balans kapitalı isə 1,5 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.