AZ

Filippində dəhşətli faciə: Çökmüş binada ölənlərin sayı artır

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Filippinin Anceles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha üç nəfər itkin düşmüş hesab olunur. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və xilasedicilərin dağıntılar altında qalan şəxsləri tapmaq üçün ərazidə yoxlamalar apardığını bildirib.

Qeyd olunub ki, bina mayın 24-nə keçən gecə çöküb. Şəhər administrasiyasının mətbuat katibi Cey Pelayonun sözlərinə görə, hadisə zamanı onlarla tikinti işçisi dağıntılar altında qalıb.

Hadisədən sonrakı ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı oteldə qalan Malayziya vətəndaşı olan turist isə xəsarət alıb və sonradan aldığı yaralardan dünyasını dəyişib.

Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
redaktor.az

2Mənbələr