AZ

Məktəblilər arasında “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 iyun, AZƏRTAC

Ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında təşkil olunan “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə ölkə üzrə 95 məktəbdən 292 şagird iştirak edib. Açıq və qapalı tipli suallardan ibarət imtahanda məktəblilər iqtisadiyyat sahəsi üzrə nəzəri biliklərini, eləcə də analitik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

“Milli tur”un nəticələrinə əsasən uğur qazanan şagirdlər Yunanıstanda keçiriləcək “Beynəlxalq Final Tur”unda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edəcək gənclərin müəyyənləşdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
azertag.az

2Mənbələr