AZ

TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI

TƏBİB-də kadr dəyişiklikləri davam edir.

AzNews.az Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB-in yeni rəhbərliyi qurumun mərkəzi aparatında çalışan daha 11 əməkdaşla yollarını ayırıb.

İşdən çıxarılanlar arasında 4 departament rəhbəri – İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da var.

Bununla yanaşı, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərinin şöbə müdirləri və məsləhətçiləri də vəzifələrindən azad ediliblər.

Seçilən
5
5
aznews.az

7Mənbələr