AZ

Mətanət İsgəndərlinin qızı konsertində aparıcı oldu

Əməkdar artist Mətanət İsgəndərlinin ötən gün baş tutan konsertində bir ilk yaşanıb.

BAKU.WS xəbər verir ki, sənətçinin qızı Ülkər səhnəyə çıxaraq anasının konsertində aparıcılıq edib.

Onu səhnəyə aparıcı Saleh Bağırov çağırıb. Aparıcı sənətçinin övladının bunun üçün günlərdir məşq etdiyini və ilk dəfə anasının konsertində aparıcı olaraq səhnəyə çıxdığını qeyd edib.

Xatırladaq ki, Ülkər illər əvvəl türkiyəli iş adamı Engin adlı şəxslə ailə qurub və onlar uzun müddətdir Antalyada yaşayır.

Seçilən
35
far.az

1Mənbələr