ain.az, Bizim media portalına istinadən məlumat verir.
Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir.Amma burada hələ də bir problem qalmaqdadır...Belə ki, Rusiya bütün vasitələrə əl atır ki, Kişinyovun bu istəyi reallaşmasın. Hətta Rusiyanın Rumıniyaya PUA hücumu da əslində bu məqsədə, yəni Buxarestlə, Kişinyovu qorxutmağa xidmət edir. Daha əvvəl isə, Rusiya Prezidenti Vladimir Putin Dnestryanı bölgə əhalisinin Rusiya pasportu alımasının asanlaşdırılması barədə fərman imzalayıb ki, onun da arxasında məhz Moldovanın Qərbə inteqrasiyasını əngəlləmək durur.Rusiyanın bu istiqamətdə təzyiqlərinin davamı gələcəkmi? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Moldovanın da Ukraynanın taleyini yaşayacağını istisna etməyib:“Moldovanın Rumıniyaya birləşmək istəyinə qarşı Rusiya kəskin addımlarla cavab verir. Bu əsasda təbiidir ki, Rusiya təkcə PUA hücumları ilə kifayətlənməyəcək. Əsas addımlar Dnestryanı ərazidə atılacaq. Rusiya bu ərazinin Moldovanın tərkibindən çıxmasına yönəlik addımlara gedə bilər. Dnestryanıda referendum keçirib, sonradan ərazinin Krımda olduğu kimi, Rusiyaya birləşdirilməsi istiqamətində addımlar atacaq. Bu yaxınlarda Putin hətta fərman verərək, Dnestryanı əhalisinin Rusiya pasportu almasını asanlaşdırmaq qərarına gəlib”.Ekspert Moldova ilə bağlı Rusiyanın addımlarının bundan sonra daha da kəskinləşəcəyini düşünür:“Hətta Moskva Moldovanı bütövlükdə nəzarətə götürmək cəhdinə də gedə bilər. Görünür, Moldova rəhbərliyi Ukrayna və Gürcüstanın başına gələnlərdən zəruri nəticə çıxarmayıb”.Rüfət Sultan, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.