AZ

Speys TV maaşla bağlı iddialara aydınlıq gətirdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Speys TV-nin əməkdaşlarının 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əmək haqları tam həcmdə ödənilib.

Axar.az xəbər verir ki, bu barədə Speys TV-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil:

"May ayına aid əmək haqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. "Sevilən səhər" verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə (3 aydır maaş ala bilməməsi iddiasına - red.) münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı il tarixindən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.

Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026-2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib".

Qeyd edək ki, aparıcı Könül Muxtarova 3 aydır maaş ala bilmədiyini səbəb göstərərək, Speys TV-dən ayrılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
25
axar.az

10Mənbələr