AZ

Əgər birləşmə olarsa, bu ölkə məhv ediləcək - Moskvadan xəbərdarlıq

Əgər birləşmə olarsa, Rumıniya Moldovanın kimliyini mənimsəyəcək.

Publika.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova bu ölkənin Baş nazirinin müavini Yevgeni Osmoçeskunun açıqlamasına münasibət bildirərkən bu haqda danışıb.

Osmoçeskunun sözlərinə görə, Avropaya inteqrasiya prosesi 2028-ci ildən sonra dayanarsa, Moldova Rumıniyanın bir hissəsi ola bilər.

"Rumıniya Moldova xalqının kimliyini, mədəniyyətini və inancını məhv etmək və moldovalıları qardaş qırğınına cəlb etmək məqsədi ilə Moldovanı ələ keçirməyi planlaşdırır", - Zaxarova bildirib.

Seçilən
14
1
publika.az

2Mənbələr