AZ

Bakı Supsa neft kəmərinin operatorluğunun təhvil veriləcəyi tarix açıqlanıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

bp şirkəti Bakı-Supsa neft kəmərinin operatorluğunu 8 iyunda təhvil verəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, kəmərin Azərbaycan hissəsi üzrə operatorluq Azərbaycan, Gürcüstan hissəsi isə Gürcüstan hökümətinə təhvil veriləcək.

Bununla yanaşı, iyun ayının əvvəllərində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə operatorluq müvafiq hissələr üzrə SOCAR-a veriləcək.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. Bakı-Supsa ixrac marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən kəmərin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə 7 milyon tondan çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
4
apa.az

5Mənbələr