AZ

Cütlük Rusiyadakı əmlaklarını itirə bilər

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın maraqlarına zidd hərəkətlər edən relokantların aktivlərinin həbsini nəzərdə tutan qanun qüvvəyə mindikdən sonra Alla Puqaçova və Maksim Qalkin Rusiya Federasiyasındakı əmlaklarını itirə bilərlər.

Hafta.az xəbər verir ki, bu barədə hüquqşünas İvan Solovyov Aif.ru nəşrinə açıqlamasında bildirib.

Dövlət Duması tərəfindən təsdiqlənən qanun layihəsi 2026-cı il sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Solovyov vurğulayıb ki, bu normanın geriyə qüvvəsi yoxdur: qanun yalnız həmin tarixdən sonra törədilmiş hüquqpozmalara şamil ediləcək. Əmlakın həbs edilməsinə səbəb ola biləcək qayda pozuntuları sırasına ekstremizm, qapalı məlumatlara qanunsuz giriş əldə etmək, söz azadlığından sui-istifadə və digər oxşar hüquqpozmalar daxildir. "Hipotetik olaraq, Puqaçova və digərləri əmlakdan məhrum edilə bilər", - deyə hüquqşünas qeyd edib.

Seçilən
0
4
hafta.az

6Mənbələr