AZ

Rusiya Ermənistandan kartof, badımcan və quru meyvələrin idxalını məhdudlaşdırır

Rusiya iyunun 3-dən Ermənistandan kartof, badımcan, quru və tumlu meyvələrin idxalını məhdudlaşdırır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, bu məhsulların digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də qadağan olunub.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan pomidor, bibər, çiyələk, gül, bir neçə adda konyak, şərab, həmçinin "Cermuk" mineral suyu və balıq idxalını və satışını qadağan edib.

Seçilən
0
1
apa.az

2Mənbələr