AZ

Rusiya səfərbərliyə hazırlaşır? – Deputat-generaldan ACI ETİRAF

Rusiyada bu payız yeni səfərbərlik elan oluna biləcəyi ilə bağlı iddialar gündəmə gəlib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, vaxtilə müdafiə və təhlükəsizlik komitəsində çalışmış, general Andrey Qurulyov danışıb.

Qurulyovun sözlərinə görə, Ukrayna cəbhəsində ağır vəziyyət, qış-yaz hücumlarının gözlənilən nəticəni verməməsi və böyük itkilər fonunda hakimiyyət dairələrində yeni genişmiqyaslı səfərbərlik barədə müzakirələr intensivləşib.

Российский

Deputat iddia edib ki, məsələ artıq yüksək kabinetlərdə aktiv şəkildə müzakirə olunur: “Qapalı dairələrdə və yüksək kabinetlərdə yeni genişmiqyaslı səfərbərliyin zəruriliyi barədə fəal söhbətlər gedir. Üstəlik, məlumatlı şəxslər deyirlər ki, bununla bağlı prinsipial qərar artıq qəbul olunub və səfərbərlik payızda olacaq”.

Bununla belə, Qurulyov hesab edir ki, yeni səfərbərlik özü-özlüyündə cəbhədə dönüş yaratmayacaq. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə bağlı problem həll edilməzsə, əlavə canlı qüvvə yalnız itkilərin artmasına səbəb olacaq.

Deputat bildirib ki, Ukrayna dronları hücum qruplarının irəliləməsini ciddi şəkildə məhdudlaşdırır, piyada bölmələrinə ağır zərbələr endirir və həm ön xətti, həm də yaxın arxa cəbhəni faktiki olaraq nəzarətdə saxlayır.

Qurulyov vəziyyəti “son dərəcə sərt mövqe dalanı” kimi qiymətləndirərək cəbhədə irəliləyiş faktiki dayandığını etiraf edib:“ Xəyallarla yaşamağı dayandırmaq lazımdır ki, guya az sonra yaracağıq. Yanaşmanı kökündən dəyişməsək, bu olmayacaq”.

Qeyd edək ki, Rusiya hakimiyyəti hələlik yeni səfərbərlik planı ilə bağlı rəsmi açıqlama verməyib və deputatın dedikləri fərdi mövqe kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr