AZ

Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

BAKI, 2 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitində iştirak etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.

H.Fidan ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitində iştirakı ilə bağlı suala cavabında deyib: "Bildiyimiz qədərilə bəli, o, iştirak etməyi planlaşdırır".

XİN rəhbəri diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay D.Tramp ilə bir neçə dəfə telefonla danışıb və ABŞ lideri hər səfərində sammitə qatılacağını qeyd edib:

"ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaq və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımaq barədə davamlı olaraq təzyiq göstərir. Avropalılar bu mesajı aldılar və artıq NATO daxilində müdafiə büdcələrini yüksəltmək üçün addımlar atıblar. Liderlər bir araya gəldikdə əldə olunmuş irəliləyişi nəzərdən keçirəcəyik".

Seçilən
29
4
teleqraf.com

5Mənbələr