AZ

Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirildi

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Bu barədə ADY-dən məlumat verilib.

Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, həmçinin üç ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən İrakli Kobaxidze BTQ-nin modernizasiya layihəsini Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın uğurlu nəticəsi adlandırıb. Nazir qeyd edib ki, görülmüş işlər müasir standartlara uyğun icra olunub, nəticədə BTQ üzərindən regional yükdaşımaların əhəmiyyəti və regionun tranzit imkanları artıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ-nin Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək iqtisadi inteqrasiyanı gücləndirdiyini bildirib. Onun sözlərinə görə, yenilənmiş BTQ Azərbaycan və Gürcüstanın regional daşımalardakı əhəmiyyətini artıracaq. Eyni zamanda, Orta Dəhlizlə yükdaşımaların artması fonunda BTQ-nin rolu güclənəcək.

Seçilən
37
10
publika.az

2Mənbələr