AZ

“Bakı Enerji Həftəsi”: Qlobal enerji gündəliyi Azərbaycanda formalaşır

Qlobal enerji gündəliyinin formalaşmasında mühüm rol oynayan 31-ci “Bakı Enerji Həftəsi” həmişə olduğu kimi, yenə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirən enerji həftəsi özündə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u birləşdirir. “Bakı Enerji Həftəsi”nin dünyanın aparıcı enerji tədbirlərindən birinə çevrilməsini dünya liderlərinin rəsmi məktublar ünvanlaması da təsdiq edir. Bu il keçirilən tədbirə ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın baş naziri Keir Starmer və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi məktub göndərib.

Tramp prezident İlham Əliyevə ünvanladığı məktubda “31-ci “Bakı Enerji Həftəsi”ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram”. – deyə qeyd edir:

Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur. Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq”.

Starmer məktubunda “Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır”, - deyə vurğulayıb.

Ərdoğan isə qeyd edib ki, bölgədə baş verən hadisələr Azərbaycanla enerji sahəsində atdıqları addımların nə qədər düzgün olduğunu bir daha göstərir. Türkiyə prezidenti bildirib ki, region üçün vaxtilə xəyal hesab edilən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməyə davam edirlər.

Seçilən
25
publika.az

1Mənbələr