AZ

Almaniyada yoxsulluq tarixi rekord qırdı

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Almaniyada 13.3 milyon yoxsul şəxs yaşayır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat müstəqil sosial rifah təşkilatı "Paritatische Gesamtverband"ın "Yoxsulluğun artması, təhlükəsizliyin azalması" adlı yoxsulluq hesabatında yer alıb.

Hesabatda 2024-2025-ci illərdə ölkədə yoxsulluq səviyyəsinin 0,6% bəndi artaraq 16,1%-ə yüksəldiyi və dərinləşən sosial uçurum vurğulanıb.

Hesabata görə, Avropa İttifaqı (Aİ) standartlarına əsasən “yoxsulluq riski altında” hesab edilən insanların sayı ölkə tarixində görünməmiş səviyyəyə çatıb."Bu vəziyyət həmin şəxslərin sosial həyatda adekvat şəkildə iştirak etmək üçün maddi imkanlarının olmaması deməkdir. Son artımla yoxsulluq səviyyəsi 2020-ci ildən bəri ən qorxulu rekordu yeniləyərək bu günə qədər ən yüksək həddə çatıb" - məlumatda deyilir.Birliyin hesabatında vurğulanıb ki, mənzil yardımı, uşaq dəstəyi, gənclərin rifahı, inteqrasiya yardımı, təqaüdlər və tibbi sığorta üçün nəzərdə tutulan büdcə ixtisarları həssas qruplara, xüsusilə tək valideynlərə, qocalara, xəstələrə, əlillərə, qaçqınlara və gənclərə birbaşa təsir göstərəcək.Hesabatda ən diqqət çəkən nəticələrdən biri yaşlı əhali arasında yoxsulluq səviyyəsinin artması olub. 65 və daha yuxarı yaşda olan təxminən hər beş nəfərdən biri yoxsulluq həddində yaşayır və bu yaş qrupunda ümumi yoxsulluq səviyyəsi 19,5 faizə çatır. 75 yaşdan yuxarı qadınlarda bu nisbət 21,3 faizə yüksəlir.Yoxsulluq riski yüksək olan digər qruplar tək yaşayan fərdlər (30,3%) və tək valideynli ailələr (28,9%) olub.Bildirilib ki, ölkədə 4,6 milyon insan ağır maddi məhrumiyyət şəraitində yaşayır və sosial uçurum artıq təkcə gəlirlə bağlı deyil, birbaşa həyat şəraitində özünü göstərir.Ölkə daxilində dövlətlər arasında rifah fərqi də genişlənir. Yoxsulluq səviyyəsi Bavariyada 12,6%, Saksoniya-Anhaltda 21,3%, Bremendə 27,5% təşkil edir. Statistik təriflərə görə, orta gəlirin 60%-dən azını qazananlar yoxsulluq riski altında sayılırlar.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
olke.az

4Mənbələr