ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Goal” portalı 2025/26 mövsümünün ən yaxşı baş məşqçilərinin yeni reytinqini açıqlayıb."Football-plus.az" xəbər verir ki, siyahıya PSJ ilə mövsümü 5 kubokla başa vuran Luis Enrike başçılıq edir. Paris klubu onun rəhbərliyi altında ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. İkinci yeri “Arsenal”ı 2004-cü ildən sonra ilk dəfə İngiltərə çempionu edən Mikel Arteta tutur. İlk “3-lüy”ə “Bavariya”nı Almaniya çempionu edən Vensan Kompani də düşüb.Mövsümünün ən yaxşı baş məşqçilərinin ilk “10-luğ”una Unay Emeri, Fransesk Fabreqas, Hans-Diter Flik, Kristian Kivu, Andoni İraola, Françesko Farioli və Pyer Saj da düşüblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.