AZ

Ayıya görə məktəblər bağlandı

ain.az, 525.az saytına istinadən bildirir.

Yaponiyanın Fukusima şəhərinin rəhbərliyi orta məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şəhərdə bir neçə gün ərzində ayının insanlara 4 hücum faktının qeydə alınmasıdır.

Heyvanın ələ keçirilməsi üçün edilən bütün cəhdlər səmərəsiz olub. Ayının hələ də şəhər ərazisində qalması ehtimalı böyükdür. Onun tapılması üçün fövqəladə vəziyyətin elan edilməsi də mümkündür.

Maraq üçün qeyd edək ki, son 1 ildə Yaponiyada ayıların hücumundan sonra 238 nəfər ölüb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
525.az

1Mənbələr