AZ

ABC: ABŞ-də üzərində partlayıcı qurğu olan şəxs bankda insanları girov götürüb

ABŞ-də Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankın qarşısında barrikada quraraq bir neçə nəfəri girov saxlayıb. Hücumçunun üzərində partlayıcı qurğu ola bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "ABC News" televiziya kanalının yerli şöbəsi məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə saat 00:00) Chase bank filialına girib içəridə barrikada qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Girovlardan biri azad edilib, lakin bankın içərisində saxlanılanların ümumi sayı hələlik məlum deyil.

"Təsdiqlənmiş bomba təhlükəsi ilə əlaqədar Çester prospekti və 17-ci küçədə yerləşən Chase Bank binasındayıq",- yerli hüquq-mühafizə orqanlarının rəsmiləri X-dəki açıqlamada bildiriblər.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun agentləri də göndərilib.

Seçilən
43
1
far.az

10Mənbələr