Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Finlandiyanın məşhur Laplandiya bölgəsində turistləri bu yay qeyri-adi macəra gözləyir. Təşkilatçılar təxminən 23 min dollar dəyərində qızıl külçəni gizlədərək ziyarətçiləri onu tapmağa çağırırlar.
“Qafqazinfo” xəbər verir ki, təbiəti və “Şaxta Babanın evi” kimi tanınan Laplandiyada keçiriləcək “Gecəyarısı Günəş ovu” (Midnight Sun Hunt) adlı tədbir iyunun 18-də Şimali Finlandiyanın Levi kurortunda başlayacaq.
İştirakçılar əvvəlcə Levi Ziyarətçi Mərkəzində qeydiyyatdan keçərək ilk ipuclarını əldə edəcəklər. Daha sonra bölgədəki yürüş marşrutları və görməli məkanlar boyunca yeni ipuclarını izləyərək, qızıl külçənin yerini müəyyən etməyə çalışacaqlar.
Təşkilatçıların sözlərinə görə, xəzinə ilk ipucular açıqlanandan sonra istənilən vaxt tapıla bilər. Yay boyunca əlavə məlumatlar paylaşılacaq və qızılın yeri mərhələli şəkildə daha da dəqiqləşdiriləcək. Son ipucunun isə avqustun 22-də açıqlanması planlaşdırılır.
Arktika dairəsinin şimalında yerləşən Levi Finlandiyanın ən məşhur xizək mərkəzlərindən biri hesab olunur. Yay aylarında isə bölgədə “gecəyarısı günəşi” fenomeni müşahidə olunur və günəş gün ərzində, demək olar ki, batmır.
Levi Turizm Mərkəzinin rəhbəri Satu Pesonen bildirib ki, bölgə, əsasən, qış turizmi ilə tanınsa da, məqsəd yay mövsümünün potensialını da ön plana çıxarmaqdır.
Onun sözlərinə görə, günəşin batmadığı və təbiətin fərqli sima aldığı yay mövsümündə turistlərə Levini ziyarət etmək üçün yeni səbəb təqdim etmək istəyirlər.
Tədbir Kittila bölgəsində fəaliyyət göstərən “Agnico Eagle Finland” qızıl mədən şirkəti və Levi Xizək Kurortunun əməkdaşlığı ilə təşkil olunur.
Təşkilatçılar iştirakçılara yalnız icazə verilən ərazilərdə hərəkət etməyi, təbiətə hörmətlə yanaşmağı və qızıl axtarışının torpağın qazılması və ya ətraf mühitə ziyan vurulması anlamına gəlmədiyini xüsusi olaraq xatırladıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.