AZ

Uğurcan Çakırın ardınca Koxalski: ÇL da Qarabağ izləri

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar. 

Bu barədə klubun mətbuat xidmətindən "apasport"a məlumat verilib. 

Belə ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb.

Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb.

Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

Azər Bağırov “Şamaxı”da - RƏSMİ

Rza Cəfərov "NEFTÇİ"YƏ QAYITDI

"Qəbələ"ni liqada saxladı: POSTUNDA QALACAQ?

“Şamaxı”da növbəti vida

Simiç daha 2 il "Sabah"da - Rəsmi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
23
apasport.az

10Mənbələr