AZ

Sədr: "Qanlı Yanvar" faciəsi ilə siqhlərin azadlıq mücadiləsi arasında böyük bənzərlik var

BAKI, 3 iyun. TELEQRAF

"Azərbaycanla çoxəsrlik mənəvi körpülərimiz mövcuddur".

Teleqraf xəbər verir ki, bu barədə Kanada Siqh Federasiyasının sədri Bual Moninder Singh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda bildirib.

O, rəhbərlik etdiyi xalqın bu torpaqlarla, xüsusən də paytaxtla qədim əlaqələrə malik olduğunu vurğulayıb: “Keçmiş dövrlərdə buralardan keçən ruhanilər, səyyahlar və tacirlər silinməz izlər qoyublar. Sözügedən irsin ən bariz nümunəsi kimi Atəşgah məbədində Pəncab dilində həkk edilən yazılardır”.

Bual Moninder Singh son aylarda Bakıda dövlət rəsmiləri, akademik dairələr və Bakı Təşəbbüs Qrupu tərəfindən yüksək səviyyədə qarşılandıqlarını qeyd edib.

O, Azərbaycan xalqının müstəqillik yolunda yaşadığı "Qanlı Yanvar" faciəsi ilə siqhlərin azadlıq mücadiləsi arasında böyük bənzərlik olduğunu vurğulayıb: “Azərbaycan xalqı öz suverenliyini bərpa edərək mədəniyyətini və dilini qorumağı bacardığı halda, siqh icması hələ də öz kimliyini yaşatmaq uğrunda mübarizəni davam etdirir”.

Seçilən
17
teleqraf.com

1Mənbələr