AZ

"Hizbullah" Livanın cənubunda İsrailin 6 zirehli texnikasını vurub

"Hizbullah" livanın cənubunda İsrailin 6 zirehli texnikasını vurub

Şiə milislərindən ibarət "Hizbullah" dəstələri Livanın cənubunda İsrail qoşunlarına qarşı keçirdikləri silahlı reydlər zamanı üç tank və üç zirehli transportyoru (ZTR) sıradan çıxarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram" kanalında yerləşdirilən rəsmi bəyanatında deyilir.

"İslam müqavimətinin pilotsuz uçuş aparatları Bofor qalası və Zautar əş-Şərqiyə kəndi yaxınlığındakı işğalçı qüvvələrə hücum edərək üç 'Namer' zirehli transportyorunu və bir 'Merkava' tankını vurub. Daha iki tank isə İsrail hərbi bazasının yaxınlığındakı Əl-Bəyyadə bölgəsində idarəolunan mərmilərlə vurulub", — deyə mətndə qeyd olunur.

Şiə dəstələri həmçinin bu yaxınlarda işğalçı qüvvələr tərəfindən nəzarətə götürülmüş Haddata yaşayış məntəqəsindəki İsrail hərbçilərinin mövqelərini toplardan və minaatanlardan atəşə tutublar. Kommünikedə qeyd edildiyi kimi, düşmən canlı qüvvə və texnika baxımından itki verib.

Məryəm Quliyeva

Seçilən
31
2
xalqcebhesi.az

3Mənbələr