AZ

Biləsuvarda AĞIR QƏZA - Ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb. Masallı rayon Ərkivan qəsəbə sakini 60 yaşlı Ələddin Babayev idarə etdiyi  yüngül tonnajlı "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən eyni istiqamətdə olan Bakı şəhər sakini 45 yaşlı  Kəramət  Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN-nin Salyan rayon xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyit, xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Meyit daxili və xarici müayinə olunması üçün Cəlilabad rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinə aparılıb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.



Seçilən
1
1
manset.az

10Mənbələr