AZ

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kurslarının təşkilinə başlanıb

Ajans.az xəbər verir ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə “Qarabağ Tekstil Evi” MMC-nin əməkdaşlığı çərçivəsində dərzi peşəsi üzrə təşkil olunan kurslara ilk mərhələdə 27 nəfər cəlb olunub.   Kurs qeyd edilən istehsal müəssisəsinin bazasında təşkil olunub. İştirakçılara peşə üzrə nəzəri və praktiki biliklər tədris edilir. Kursun yekununda onların müasir istehsalat prosesinə uyğun bacarıqlar əldə etmələri təmin olunacaq. Peşə hazırlığı kursunu uğurla başa vuran şəxslərin “Qarabağ Tekstil Evi”ndə  işlə təminatı həyata keçiriləcək. Yaxın günlərdə “Qarabağ Tekstil Evi” üçün daha bir qrup şəxsin də peşə hazırlığına başlanacaq.

Seçilən
18
11
Ajans.az

10Mənbələr